Rusiya Silahlı Qüvvələri ötən gecə Odessaya pilotsuz uçuş aparatları ilə hücum edib. Nəticədə bir nəfər həlak olub, dağıntılar var.
Bakupost.az “UNİAN”a istinadən xəbər verir ki,Odessa Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Kiperin məlumatına görə, hava hücumundan müdafiə qüvvələrinin fəal işi nəticəsində zərbənin qarşısını almağa cəhd göstərilsə də, şəhərdə dağıntılar qeydə alınıb.
“Xüsusilə texniki xidmət stansiyası və minik avtomobilləri zərər görüb. Zərbə nəticəsində yeni tikilinin yaxınlığında mühafizəçi üçün nəzərdə tutulmuş otaqda yanğın baş verib. Təəssüf ki, bir mühafizəçi həlak olub”.
Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin verdiyi məlumata görə, hücum nəticəsində 10 qaraj, texniki xidmət stansiyasının ərazisindəki inzibati bina və tikinti konteynerləri dağıdılıb.
Aysel,
BakuPost