Ru
16:28 / 06 Dekabr 2022

Rusiyada aerodromlarını Ukrayna PUA-ları vurub - İDDİA

1710
Dekabrın 5-də Rusiyadakı hərbi aerodromlara hücum edən pilotsuz təyyarələr Ukraynadan buraxıla bilər.

Bakupost.az xəbər verir ki, bu iddia ilə "Nyu York Tayms" qəzeti çıxış edib.

Ehtimallara görə, zərbələrdən ən azı birinin endirilməsinə xüsusi təyinatlılar cəlb olunub. Bu barədə "Nyu York Tayms"a məmurlardan biri anonimlik şərti ilə məlumat verib.

Rusiya Müdafiə Nazirliyi isə bildirib ki,"Engels-1" aviabazasına zərbə sovet istehsalı olan TU-141 "Strij" tipli bir və ya bir neçə reaktiv pilotsuz uçuş aparatı tərəfindən endirilib. Amma başqa versiyalar da var. CNN agentliyi bildirib ki Ukraynanın müdafiə şirkəti - “Ukroboronprom” son həftələr ərzində bir neçə dəfə uzun mənzilli pilotsuz təyyarələrin hazırlanmasının yekun mərhələsinə yaxınlaşdığını bildirib. Aviabazaya zərbənin həmin PUA-larla endirdiyi də ehtimal olunur.

Xatırladaq ki, Rusiyada naməlum pilotsuz təyyarə dekabrın 5-də səhər saatlarında Saratov vilayətindəki strateji aviasiya aerodromuna - "Engels-1" aviabazasına hücum edib. Hadisə zamanı 2 hərbçi yaralanıb, 2 strateji bombardmançı təyyarənin isə zədələndiyi bildirilir.

Dekabrın 5-nə keçən gecə isə Rusiya Federasiyasının Ryazan vilayətindəki aerodromda partlayış baş verib. İlkin məlumatda partlayışın benzindaşıyan avtomobilin yanması nəticəsində baş verdiyi bildirilirdi.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər