Ru
17:09 / 20 Aprel 2024

Rusiyada azərbaycanlı iş adamı qətlə yetirildi - FOTO

1491
Moskva vilayətinin Balaşixa şəhərində azərbaycanlı iş adamı qətlə yetirilib.

Bakupost. az APA-ya istin adla xəbər verir ki, qətl hadisəsi bu gün səhər radələrində Sverdlova küçəsində baş verib. 61 yaşlı azərbaycanlı iş adamı Nazim Əhmədov "Mercedes ML" markalı avtomobilindən düşdükdən sonra maska geyinmiş killer ona yaxınlaşaraq odlu silahdan beş dəfə atəş açıb. N. Əhmədov hadisə yerində keçinib.

Qətl hadisəsi baş verən zaman iş adamının həyat yoldaşının da avtomobildə olduğu bildirilir.

Killer qətli törətdiyi odlu silahı ataraq hadisə yerindən qaçıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

N.Əhmədovun Balaşixada 24 saat fəaliyyət göstərən ərzaq mağazasının sahibi olduğu bildirilir.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər