Rusiyanın Tambov vilayətinin Kirsanov şəhərində çoxmənzilli yaşayış binasında qaz partlayışı nəticəsində dörd nəfər ölüb.
Bakupost.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində doqquz nəfər xəsarət alıb.
Daha əvvəl çoxmərtəbəli binada qaz partlayışı nəticəsində iki nəfərin öldüyü bildirilirdi.
Xatırladaq ki, şənbə günü saat 05:00 radələrində (Bakı vaxtı ilə təxminən 06:00) Kirsanovun çoxmərtəbəli yaşayış binasında yanğınla müşayiət olunan məişət qazının partlayışı baş verib.
Şəhərdə fövqəladə vəziyyət rejimi tətbiq edilib.