Ru
17:22 / 13 İyul 2025

Rusiyada yüksək vəzifəli azərbaycanlı SAXLANILDI - VİDEO

Rusiyada yüksək vəzifəli azərbaycanlı SAXLANILDI - VİDEO
Eye

Nijni Novqorod hava limanının polis idarəsinin rəisi Namiq Musayev rüşvət aldığı üçün saxlanılıb.

Bakupost.az yerli mətbuata istinadla xəbər verir ki, azərbaycanlı polis polkovnik-leytenantı Namiq Musayev qanunsuz miqrasiya kanalı təşkil etməkdə şübhəli bilinir.

Qeyri-rəsmi məlumatlara görə, sxemə 12 əməkdaş cəlb edilib, rollar bölüşdürülüb, bəziləri pul alıb, bəziləri rəisin qanunsuz əmrlərini yerinə yetirib.

Namiq Musayev barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə sövq edilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar