Ru
17:02 / 13 May 2024

Rusiyadan Qərbə mesaj: Döyüş meydanında qarşılaşmağa hazırıq

1465
"Qərb Ukrayna uğrunda döyüş meydanında vuruşmaq istəyirsə, Rusiya buna hazırdır".
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov prezident Vladimir Putin tərəfindən hazırkı vəzifəsinə yenidən tövsiyə edildikdən sonra parlamentin yuxarı palatasında namizədliyinin müzakirə edildiyi iclasda çıxışı zamanı deyib.

O, Qərbin Ukraynada gərginliyi getdikcə artırdığını bildirib.

“Bu onların haqqıdır, döyüş meydanında müharibə istəyirlərsə, biz də döyüş meydanında vuruşacağıq”-deyə o, qeyd edib.

Gələn ay İsveçrədə keçirilməsi planlaşdırılan və Rusiyanın dəvət olunmadığı Ukrayna ilə bağlı konfransa toxunan Lavrov bu vəziyyəti tələbəni danlamaqla müqayisə edib:

"Konfrans uzun müddətdir ki, diplomatik üsullardan əl çəkmədiyini və Rusiyanı döyüş meydanında məğlub etməyə çalışdığını söyləyən ölkələr tərəfindən gündəmdədir. Ancaq bu diplomatik üsullar və İsveçrədəki konfrans istisna deyil, onlar sadəcə Kopenhagen prosesinin davamıdır".

Bu kontekstdə konfransın növbəti dəfə Rusiyaya ultimatumla nəticələnəcəyini proqnozlaşdıran Lavrov konfransın təşkilatçılarına və iştirakçılarına ölkəsinə qarşı bu cür davranmamaları ilə bağlı xəbərdarlıq edib.

Vasif
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər