Ru
16:59 / 05 Oktyabr 2022

Rusiyanın dəhşətli ssenarisi: kütləvi qırğın olacaq - Ekspertdən açıqlama

2719
"Rusiya ilə Ukrayna arasında münaqişə getdikcə genişlənir. Bu münaqişə ilə bağlı ən təhlükəli məqam odur ki, Rusiya açıq-aydın nüvə silahından istifadə edəcəyi ilə hədə-qorxu gəlir. Qərb də bu ehtimalı dilə gətirir. Vəziyyət təhlükəli istiqamətdə inkişaf edir".


Bu fikirləri Bakupost.az -a dünyada yaranmış nüvə təhlükəsilə bağlı danışarkən ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.


O qeyd edib ki, dünya nüvə təhlükəsinə qarşı mütəşəkkil olmalıdır, çünki bu, ölüm-dirim savaşı deməkdir:




"Dünyada gedən proseslər, Rusiya-Ukrayna bugünkü siyasi, hərbi, iqtisadi nəticələri böhranın dərinləşməsindən xəbər verir. Dünya bunun təsirini, fəsadlarını müharibə qurtarandan sonra daha çox hiss edəcək. Nüvə silahı ABŞ tərəfindən Yaponiyada istifadə olunandan bu günə kimi heç bir yerdə istifadə olunmayıb. Nüvə silahlarının müxtəlif növləri, hətta nüvə başlığı olan güllələr var. Əlbəttə ki, əvvəlki nüvə silahları ilə müasirləri arasında fərq çoxdu. Biz müsir nüvə silahlarının gücünü ələ tam bilmirik. Taktiki nüvə silahı raket sistemləri, uzaq mənzilli toplar ola bilər. Strateji nüvə silahları daha çox qanadlı raketlərdə olan nüvə başlıqlarıdır. Yəni, 500 km-dən yuxarı məsafələri əhatə edir".


"Nüvə silahından istifadə hansı fəsadlara səbəb olacaq" sualını ekspert belə cavablayıb:


"Düşünürəm ki, əgər Rusiya-Ukrayna müharibəsində nüvə silahı istifadə olunacaqsa, Yaponiya faciəsini göz önünə gətirmək olar. Lakin müasir nüvə silahlarının hansı fəsadlar törədəcəyini hələ heç kim bilmir. Balaca və böyük olmasından asılı olmayaraq, istər taktiki, istərsə də strateji nüvə silahının istifadəsi kütləvi insan fəlakəti deməkdir. Hər halda Rusiyanın Ukrayna ərazisində belə bir planları var ki, bunu istisna etmirlər".


Fəridə
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər