Ru
22:59 / 03 İyun 2025

Sumıda 4 nəfər ölüb, 30 nəfər yaralandı - Zelenski

Sumıda 4 nəfər ölüb, 30 nəfər yaralandı - Zelenski
Eye

Rusiyanın Ukraynanın Sumı vilayətinə zərbələri nəticəsində 4 nəfər ölüb, onlarla insan yaralanıb.

Bakupost.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün Teleqram kanalında yazıb.

"Rusiyanın zərbəsi nəticəsində yaralanan insanlara həkimlər bütün lazımi yardımı göstərirlər. Rusiya silahlı qüvvələri küçəni, adi yaşayış binalarını vurdular. Təəssüf ki, bu zərbə nəticəsində 4 nəfər həlak oldu. Ailələrinə başsağlığı verirəm. Üçü uşaq olmaqla, 30-a yaxın insan yaralanıb".

Zelenski bir daha Rusiyanın atəşkəs əhval-ruhiyyəsində olmadığını vurğulayıb və Qərb ölkələrini Rusiya əleyhinə sanksiyaları sərtləşdirməyə çağırıb.

“Bütün bunlar Rusiyaya qarşı yeni sanksiyalar, sərt sanksiyalar üçün arqumentlərdir”, – Ukrayna lideri qeyd edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar