Ru
15:49 / 20 May 2025

Rusiyaya gedənlərin nəzərinə - Telefonla qeydiyyat başlayır

Rusiyaya gedənlərin nəzərinə -  Telefonla qeydiyyat başlayır
Eye

Rusiya Dövlət Duması Moskva və Moskva vilayətində miqrantların mobil proqram vasitəsilə qeydiyyatı haqqında qanun qəbul edib.

Bakupost.az xəbər verir ki, bu barədə Dövlət Dumasının spikeri Vyaçeslav Volodin özünün Telegram kanalında məlumat verib.

Qeyd olunur ki, 2025-ci il sentyabrın 1-dən 2029-cu il sentyabrın 1-dək xarici vətəndaşlar geolokasiya məlumatlarını toplayacaq mobil proqram vasitəsilə qeydiyyatdan keçə bilərlər.

“Deputatların təklif etdiyi dəyişiklik xarici vətəndaşlar üçün yaşayış yeri üzrə məcburi qeydiyyat, barmaq izi, biometrik fotoçəkiliş, abunəçi cihazlarının geolokasiyasının monitorinqini nəzərdə tutur”, - deyə Volodin paylaşımında bildirib.

O qeyd edib ki, bu tədbirlər yalnız Belarus diplomatları və vətəndaşlarına şamil edilməyəcək.

Zaur, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar