Ru
14:07 / 02 İyun 2025

Rusiyaya hücumun detalları açıqlandı - Dronlar evlərdə gizlədilib

Rusiyaya hücumun detalları açıqlandı - Dronlar  evlərdə gizlədilib
Eye

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiyanın arxa cəbhəsində yerləşən və düşmən aviasiyasının dislokasiya olunduğu dörd hərbi aerodromun eyni vaxtda vurulması ilə nəticələnən misli görünməmiş və unikal bir xüsusi əməliyyat həyata keçirib.

Bakupost.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik Xidmətinin rəhbəri, general-leytenant Vasili Malyuk məlumat verib.

Malyukun sözlərinə görə, əməliyyat zamanı dron zərbələri nəticəsində A-50, Tu-95, Tu-22 M3 və Tu-160 tipli təyyarələr də daxil olmaqla ümumilikdə 41 təyyarə sıradan çıxarılıb.
Bildirilib ki, Vasili Malyuk “Hörümçək toru” adlı bu xüsusi əməliyyat üzərində çalışan işçi qrupuna rəhbərlik edib və hazırlıq prosesi bir ildən çox çəkib.

Malyukun sözlərinə görə, əməliyyat üç müxtəlif saat qurşağında eyni anda həyata keçirilib və logistika baxımından son dərəcə mürəkkəb olub.

“Əvvəlcə UTX Rusiyaya FPV-dronları, daha sonra isə mobil taxta evcikləri keçirib. Rusiya ərazisində bu dronlar evlərin damlarının altında gizlədilib və yük avtomobillərində yerləşdirilib. Lazımi anda evlərin damları məsafədən açılıb və dronlar hədəfləri vurmaq üçün havaya qalxıb,” – deyə Malyuk bildirib.

O vurğulayıb ki, Ukrayna tamamilə qanuni hədəflərə – mülki şəhərləri bombalayan hərbi aerodromlara və aviasiyaya zərbələr endirib.

“Biz Rusiya Federasiyasının real şəkildə hərbiləşmədən çıxarılmasını həyata keçiririk, çünki sırf hərbi hədəfləri məhv edirik. Və bu zərbələr o vaxta qədər davam edəcək ki, Rusiya raketlər və "Şahed"lərlə ukraynalılara terroru dayandırsın,” – deyə Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri əlavə edib.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar