Rusiyanın Ukrayna ərazilərinin ilhaqı ilə bağlı uzunmüddətli məqsədləri var.
Bakupost.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
O bildirib ki, tərəflərin atəşkəslə bağlı tələbləri fərqli olsa da, razılığa gəlmək üçün mövqelərini yaxınlaşdırmalı, digər iştirakçılar da köməklik göstərməlidir:
"Rusların, əlbəttə ki, bu müharibədə məqsədləri var. Bu, onların qarşısına qoyduğu məqsədlərdir. Onların müəyyən ərazilərin ilhaqı ilə bağlı məqsədləri var. Onların beynəlxalq hüquq nöqteyi-nəzərindən beynəlxalq ictimaiyyət üçün nə dərəcədə məqbul olduğu mübahisəli məsələdir".