Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Donald Trampın ABŞ prezidentliyinə namizədliyi ilə bağlı onun fikrini soruşduğu barədə danışıb.
Bakupost.az xəbər verir ki, bunu Gürcüstanın "Birinci Kanal"ı bildirib.
“Donald Tramp mənə dedi, Mişa, nə düşünürsən, əgər yenidən prezidentliyə namizəd olsam, necə olar? Cavab verdim ki, sizin çox yaxşı şanslarınız olduğunu düşünürəm”, - Saakaşvili sosial şəbəkədə yazıb.
Gürcüstanın eks-prezidenti qeyd edib ki, daha sonra Tramp ona ətrafdakıların bu şanslara inanmadığını deyib:
“2013-cü ildə, prezidentliyimdən sonra Nyu Yorkda idim, Maykl Koen zəng edərək, Donaldın mənimlə danışmaq istədiyini söylədi və telefonu ona verdi. Tramp soruşdu ki, haradasan? Mən ona dedim ki, Nyu-Yorkdayam, istəsən gəl görüşək. O, mənə söz verdi ki, Vilyamsburqda məni ziyarət edəcək və arada soruşdu ki, Mişa, əgər mən yenidən prezidentliyə namizədliyimi irəli sürsəm, necə olar? Cavab verdim ki, siz mənim bu məsələ ilə bağlı fikrimi bilirsiniz, biz artıq dəfələrlə danışmışıq, hesab edirəm ki, sizin çox yaxşı şanslarınız var. Tram dedi ki, ətrafımda heç kim şansım olduğuna inanmır. Mən onu ruhlandırdım və dedim: onlara inanma. Sonra o, Maykla dedi, görürsən, sənə dedim ki, Mişa da deyir, mənim şansım var”.
Zaur, BakuPost