Ru
16:46 / 30 Aprel 2025

Sabah baş prokurorun səlahiyyət müddəti başa çatır

Sabah baş prokurorun səlahiyyət müddəti başa çatır
Eye

Azərbaycanın baş prokuroru Kamran Əliyevin səlahiyyət müddəti sabah başa çatır.

Bakupost.az xəbər verir ki, qanunvericiliyə əsasən, baş prokuror beş il müddətinə təyin olunur.

Hazırda Kamran Əliyevin səlahiyyətlərinin uzadılması və ya yeni namizədin irəli sürülməsi ilə bağlı qərar gözlənilir.

Bu məsələ ilə bağlı yaxın günlərdə Prezident tərəfindən Milli Məclisə təqdimat göndəriləcək.

Kamran Əliyevin rəhbərlik dövrü prokurorluq orqanlarında islahatlar və müsbət tendensiyalarla yadda qalıb. Bu baxımdan onun növbəti müddətə də Baş prokuror vəzifəsində qalacağı ehtimalı yüksək qiymətləndirilir.

Xatırladaq ki, Kamran Əliyev 2020-ci ilin 1 may tarixindən ölkənin baş prokurorudur.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar