Ru
13:11 / 13 Mart 2023

Sabahın hava proqnozu

1610
Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya XidmətindənBakupost.az -a verilən məlumata görə, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 6-8° isti, gündüz 11°-dək isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin 14-də gündüz bəzi şərq rayonlarında az yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər