Ru
13:06 / 27 Oktyabr 2022

Sabir Rüstəmxanlının yeni kitabı nəşr olundu: “Vətəndaşlığın əlifbası”

39519
Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının yeni kitabı nəşr olunub.


Bakupost.az xəbər verir ki, “Vətəndaşlığın əlifbası” adlanan irihəcmli əsərdə elmi-fəlsəfi düşüncələr, xalqımızın taleyi ilə bağlı təhlillər, Vətən, millətlə bağlı düşüncələr toplanıb. Bu kitab məzmununa, toxunduğu mövzulara görə “Ömür kitabı”nın davamı sayıla bilər:

Müəllif kitab haqqında deyir:
““Vətəndaşlığən əlifbası” Yurd və Yurddaşlıq haqqında düşüncələrimdən doğub. Etno-psixologiya, milli ruh üzərində elmi araşdırma deyildir, öz həyat təcrübəmdən doğan sonuc və arzulardır. Bu düşüncələri oxuculara paylaşmağa dəyərmi? Bu şoru məni uzun müddət düşündürüb. Sonda “hər damlada bir həyat, hər sözdə bir hikmət var!” deyimini xatırladım. Kimsəyə ziyanı dəyməz”.


Kitab özünü bu ölkənin vətəndaşı sayan hər kəs üçün maraqlıdır.


“Vətəndaşlığın əlifbası”nı əldə etmək istəyənlər “Əli və Nino” kitab mağazalarına, “Qanun” nəşriyyatına müraciət edə bilər.




Elnur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər