Xəbər verdiyimiz kimi, Sabirabad rayonunun Muğan Gəncəli kəndində fərdi yaşayış evində baş verən yanğın zamanı gənc ailə yanaraq həlak olub.
Həlak olanlar - 1989-cu il təvəllüdlü Tural Ağasəf oğlu İmanov, 2002-ci il təvəllüdlü Səfalı Rövşən qızı İmanova, 2020-ci il təvəllüdlü Osmanbəy Tural oğlu İmanov və 2024-cü il təvəllüdlü Esma Tural qızı İmanovadır.
Belə ki, ikimərtəbəli evdə qoşulu qalan kondisioner qızıb və evin elektrik xəttində qısaqapanma yaranıb. Nəticədə evin birinci mərtəbəsində naqillərdə alışma baş verib.
Bakupost.az dəhşətli yanğının baş verdiyi evdən görüntüləri təqdim edir.