Ru
21:06 / 05 İyun 2024

"Sabirin üzümçülüklə heç bir əlaqəsi yoxdur, amma..." - Sevda Tahirli

1431
Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülmüş Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərindən yeni görüntülər yayılıb. Görüntülərdə həmin kəndlərdən birində satirik şair Mirzə Ələkbər Sabirin adını daşıyan Üzümçülük Sovxozuna aid köhnə löhvə diqqəti çəkib. İşğal dövründə adı çəkilən kəndləri tamamilə talan edən ermənilər nədənsə üzərində "Mirzə Ələkbər Sabir adını Üzümçülük Sovxozu" yazılan dəmir konstruksiyaya toxunmayıblar.

Mirzə Ələkbər Sabir Fondunun təsisçisi və prezidenti, şairin nəvəsi Sevda Tahirli Bakupost.az -a açıqlamasında sovet dönəmində babasının adına bir çox sovxozların olduğunu bildirib.

O, Qazaxın vaxtilə işğal altında olan ərazilərində belə bir sovxozun olduğundan isə məlumatsız olduğunu bildirib:

"Sovet dönəmində Sabir adına sovxoz çox yerdə olub. Şamaxıda və bir çox rayonlarda şairin adını daşıyan sovxozlar olub, orada onun heykəlini qoyublar, adına küçə veriblər. Bu, sovet dönəmi təbliğatının bir elementi idi. Sabirin üzümçülük və şərabçılıqla Sabirin heç bir əlaqəsi yoxdur, amma bu cür sovxozlara onun adını verirdilər”.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər