İranda terrorizmdə ittiham olunan İran və Almaniyanın ikili vətəndaşı Cəmşid Şarmehdinin edam edilməsi Tehranla Berlin arasında gərginliyi yenidən artırır.
Bakupost.az Türkiyə KİV-ə istinadən xəbər verir kiş Almaniya Xarici İşlər Nazirliyindən verilən açıqlamada İranın müvəqqəti işlər vəkilinin Xarici İşlər Nazirliyinə çağırıldığı bildirilib.
Qeyd olunub ki, rejimin hərəkətlərinə kəskin etiraz bildirilib:
"Əlavə tədbirlər görmək hüququmuzu özümüzdə saxlayırıq. Tehrandakı səfirimiz də bu gün İranın xarici işlər naziri Abbas Arakçi) ilə danışıb və Şarmehdinin öldürülməsinə ən sərt şəkildə etirazını bildirib. Almaniya Xarici İşlər naziri Annalena Berbok Tehrandakı səfir Markus Potzeli məsləhətləşmələr üçün Berlinə çağırıb".
Zaur, BakuPost