Ru
13:55 / 07 May 2024

"Seçkidə namizədliyimi verməyəcəyəm" - Sərdar Cəlaloğlu

1411
"Parlament seçkiləri noyabrda keçirilməli idi. Amma bilirsiniz ki, payızda ölkədə beynəlxalq tədbir - COP29 keçiriləcək, Azərbaycana kifayət qədər qonaqlar gələcək. Dövlətin bütün diqqəti bu tədbirdə olduğuna görə seçkiləri keçirmək mümkün olmayacaq. Prezident seçkiləri növbədənkənar keçirildi. Parlament seçkilərinin də növbədənkənar keçiriləcəyi güman olunur. Seçkilərin dəqiq vaxtı ilə bağlı bir söz deyə bilmərəm. Amma böyük ehtimalla vaxtından əvvəl keçiriləcək”.

Bunu Bakupost.az -a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib.

O, təmsil etdiyi partiyanın seçkilərə hazırlıq prosesindən də danışıb:

“Əvvəlki seçki təcrübəsinə görə bizim indi seçkilərə hazırlaşmağımızın elə bir əhəmiyyəti yoxdur. Seçkilər əvvəlki qaydada keçiriləcəksə, partiyadan kim iştirak edəcəksə, özü bilər. Şəxsən özüm namizəd kimi iştirak edə bilmirəm. Belə qənaətə gəlmişəm ki, hadisələrin gedişatına baxım. Amma partiyadan yəqin ki, namizədlər olacaq”.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər