Ru
16:18 / 06 May 2024

Səfirə səhvini başa salan səfər... - Açıqlama

1929
Xəbər verdiyimiz kimi, ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinın işğaldan azad edilmiş ərazilərə səfər etməməsiylə bağlı açıqlaması geniş müzakirələrə səbəb olmuşdu. Lakin sözügedən açıqlamasındna bir neçə gün sonra - mayın 6-da səfir xanımı Danusia Libbi ilə birlikdə Şuşaya səfər edib.

Bəs, görə nə baş verdi ki, səfir Libbi fikrini dəyişdi və Şuşaya səfər etdi?



Bakupost.az-ın sualını politoloq Qabil Hüseynli cavablandırıb.

O, səfir Libbinin həmin fikirləri səsləndirməklə səhvə yol verdiyini bildirib:

“Səfir Libbi əvvəl bu cür çıxışlar etməklə səhvə yol verdi və bunu şou adlandırdı. Ancaq bu şou deyil, səfir kimi çalışdığın ölkənin tarixi torpaqlarına səfərdir. Bu, ABŞ və ölkəmizdə olan digər səfirlər üçün başucalığı olmalıdır. İndi Libbi Şuşaya səfər edib, çox sağ olsun. Şuşa bizim müqəddəs torpağımızdır. Səfir Libbi bunu indiyə qədər başa düşməyibsə, çox təəssüf edirəm. O, artıq anlayacaq ki, Azərbaycan tarixinin ən önəmli səhifələrindən biri Şuşadadır. Səfir üçün yaşadığı ölkəni dərk etmək onun ən böyük missiyasıdır. Şuşaya səfərə etməklə o, Azərbaycanı daha yaxşı başa düşəcək”.





Vasif Əlihüseyn
BakuPost
Şərhlər
  • Rövşən Muradov

    Çox sağ olun cənab səfir düz buyurursunuz.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər