Ru
11:34 / 26 May 2025

Şəhid anasının vətəndaşı döyməsi barədə araşdırma aparılır - VİDEO

Şəhid anasının vətəndaşı döyməsi barədə araşdırma aparılır - VİDEO
Eye

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə yayılan görüntələrlə bağlı araşdırmaya başlayıb.

Bu barədə Bakupost.az -a DİN-dən məlumat verilib:

"Sosial şəbəkələrdə yayılan görüntülərdən məlumatlıyıq. DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, tərəflər arasında olan mübahisə Füzuli Rayon Polis Şöbəsində araşdırılır. Mübahisə tərəflərinin əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar məhkəməyə göndəriləcəkdir".

Qeyd edək ki, sosial şəbəkədə qadının şəhidin plakatını təhqir etdiyi iddia edilən kişini döyməsi ilə bağlı video görüntülər paylaşılıb. Sözügedən qadın Vətən müharibəsi şəhidi Vüqar Zamanovun anası Lətifə Zamanovadır.

Belə ki, qadın oğlunun xatirə lövhəsinə hörmətsizlik etdiyi deyilən kişiyə qarşı alçaldıcı rəftar göstərib. O həmin kişini diz çökdürərək üzr istətdirib, həmçinin təhqiramiz ifadələrlə ləyaqətini alçaldıb. Qarşı tərəf isə qadına yalvararaq onu bağışlamasını deyib.

Sözügedən şəxsin şəhidin lövhəsinə qarşı daha əvvəl hansı əməli törətdiyi açıqlanmayıb.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar