Ru
18:16 / 07 May 2024

Şəhid qardaşı xəstəxanada öldü - Cinayət işi açıldı

1139
Kəlbəcər sakini 1999-cu il təvəllüdlü Elvin Tağıyevin iş zamanı aldığı xəsarətlərdən mayın 7-də müalicə aldığı xəstəxanada ölməsi barədə Ucar rayon prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan Bakupost.az -a verilən məlumata görə, araşdırmalarla “Electro-İndustries” QSC-nin elektrik quraşdırıcısı vəzifəsində işləmiş Elvin Tağıyevin aprelin 29-da “Mingəçevir REŞ” MMC-nin Ucar yarımstansiyasında aparılan yenidənqurma işləri zamanı elektrik cərəyanı vurması nəticəsində almış olduğu xəsarətlərdən mayın 7-si müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.

Qeyd edək ki, Elvin Tağızadə Qarabağda aparılan antiterror tədbirləri şəhid olan Cahangir Tağızadənin qardaşıdır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər