Ru
10:03 / 21 Noyabr 2024

Şəkidə qəzaya düşən sərnişin dünyasını dəyişdi

Şəkidə qəzaya düşən sərnişin dünyasını dəyişdi
Eye

Şəkidə ölümlə nəticələnən yol qəzası olub.

Bakupost.az "Lent.az"-a istinadən xəbər verir ki, hadisə noyabrın 20- də saat 14 radələrində Şəki rayonunun Qudula kəndi ərazisində baş verib. “Mercedes” markalı avtomobilin sürücüsü Təbriz Vəliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb. Hadisə zamanı avtomobildə olan sərnişin 39 yaşlı Zamir İsmayılov xəsarət alıb. O, bu gün gecə saatlarında xəstəxanada ölüb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar