SEPAH-ın İsrailə hücumlarının onuncu dalğası başlayıb.
Bakupost.az xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.
“İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələri tərəfindən “işğal olunmuş ərazilərdəki” (İsrail nəzərdə tutulur – red.) hədəflərə pilotsuz təyyarə və raket hücumları həyata keçirilir.
Bu raket hücumları dalğası zamanı İslam İnqilabı Keşikçiləri Korpusu işğal olunmuş ərazilərdəki mühüm və strateji hədəflərə çoxsaylı ballistik raketlər atıb”, - məlumatda bildirilib.
Aygün,
BakuPost