"Bəşarət əl-Fəth" (Qələbə müjdəsi) adlı həyata keçirilən cavab əməliyyatı İranın Ali Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənib. Əməliyyata İranın ən yüksək hərbi orqanı olan “Xatəm əl-Ənbiyə” Mərkəzi Komandanlığı rəhbərlik edib.
Bakupost.az xəbər verir ki, bu barədə SEPAH-ın yaydığı rəsmi bəyanatda bildirilir.
"Zərbə vurub qaçmaq dövrü artıq bitib. Təkrar hücumlar ABŞ-ın Qərbi Asiyadakı mövcudluğunun sonunu sürətləndirəcək", -bəyanatda qeyd olunub.
SEPAH həmçinin hücumların davam edəcəyi təqdirdə, yalnız ABŞ-ın regiondakı hərbi infrastrukturunun deyil, həm də "sionist rejimin" tamamilə çöküşünə səbəb olacağını bildirib.
Hazırda regionda gərginlik pik həddə çatıb və qarşılıqlı hücumların yeni mərhələyə keçəcəyi istisna olunmur.