Ru
10:07 / 27 May 2025

Şərif Ağayarın yeni romanı təqdim olunacaq

Şərif Ağayarın yeni romanı təqdim olunacaq
Eye

Tanınmış yazıçı Şərif Ağayarın yeni əsəri – "Rəng mühəndisi" adlı romanı nəşr olunub.

Bakupost.az xəbər verir ki, romanın təqdimat mərasimi mayın 31-də, saat 17:30-da “Libraff” mağazalar şəbəkəsinin “Park Akademiya” filialında baş tutacaq.

Əsərin süjeti qeyri-adi həyat hekayəsi üzərində qurulub. Baş qəhrəman Məhərrəm işlədiyi daş karxanasında aldığı zərbədən sonra yaddaşını itirir. Onun beyni bütünlüklə nəhəng bir bozluğa bürünür. Keçmişini diriltmək yanğısı onu ağlagəlməz qovğaların içinə atır. Hadisələr bununla bitmir – Məhərrəmin rəngli bir oğlu dünyaya gəlir. Qəribə xüsusiyyətlərə sahib bu uşaq yalnız ailəsinin deyil, bütün Zığ adasının taleyində mühüm rol oynayır.

"Rəng mühəndisi" romanı müəllifin yaradıcılığında yeni mərhələ kimi dəyərləndirilir.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar