Ru
09:44 / 10 İyul 2024

Sevginin 80 faizi pul, 20 faizi seksuallıqdır - Qalmaqallı açıqlama

Sevginin 80 faizi pul, 20 faizi seksuallıqdır -  Qalmaqallı açıqlama
Eye

Münasibətlərlə bağlı şərhləri ilə tanınan türkiyəli mentor və yazar Adil Yıldırım münasibətlərdə maddiliyin vacibliyindən danışıb.

Bakupost.az xəbər verir ki, münasibətlərdə pulun əhəmiyyətindən bəhs edən Yıldırım "Mənə anam, atam və başqası qarışa bilməz" deyən bir nəsil var və sel kimi gəlirlər. "Heç bir qayda ola bilməz" deyirlər. Nəsillər arasındakı dəyişiklik çox kəskindir. Sevginin 80 faizi puldursa, 20 faizi isə cinsi münasibətdir. Münasibətlərdə sıx eqoizm var, hər şey maddiyyatdır", - deyə bildirib.

Artıq qadınlar kimi kişilərin də zəngin sevgililər tapmağa çalışdığını deyən Adil Yıldırım sözlərini belə davam etdirib:

"İnsanlar getdiyi yoldan asılı olmayaraq zəngin olmaq istəyirlər. Əvvəllər yaxşı iş, zəhmət və ağıl tələb olunurdu. İndi bu ancaq evlilikdir. İşləyib varlana bilməyən bəzi kişilər varlı boşanmış qadınlarla birlikdə olmaq istəyirlər. İndi həm qadınlar, həm də kişilər pul yeyərək rahat yaşamaq istəyirlər".



Aygün
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar