Ru
13:45 / 28 Mart 2024

Şifa xəstəxanasına basqın - 200-ə yaxın fələstinli öldü

1371

İsrail ordusu Qəzza zolağında Şifa xəstəxanasına basqın zamanı indiyədək təxminən 200 fələstinlinin öldürüldüyünü açıqlayıb.


Bakupost.az xəbər verir ki, İsrail ordusundan verilən yazılı açıqlamaya görə, ordu qüvvələri və Daxili Təhlükəsizlik Təşkilatı Şin-Bet (Şabak) Şifa xəstəxanası ərazisindəki "əməliyyatları" davam edir.

Martın 18-dən etibarən xəstəxana və ətrafına edilən basqın nəticəsində indiyədək 200-ə yaxın fələstinlinin öldürüldüyü bildirilib.

İsrail ordusunun Qəzzanın cənubundakı Xan Yunus şəhərinin Əl-Karara və Amal bölgələrində hücumlarını davam etdirdiyi qeyd edilib. Amal bölgəsində indiyədək onlarla fələstinlinin həyatını itirdiyi bildirilir.

Qeyd edək ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 14 min 280-i uşaq, 9 min 340-ı qadın olmaqla 32 min 490 fələstinli həlak olub, 74 min 889 nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.


Elnur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər