Şıx çimərliyində bir uşağın qəlyan çəkməsi ilə bağlı görüntülər yayılıb.
Bakupost.az xəbər verir ki, sözügedən görüntüləri bloqer Saleh Nəsirov paylaşıb. Videoda azyaşlının yanında iki kişi var, onlardan birinin onun atası olduğu ehtimal edilir. Uşaq yaxınlaşdıqda o, qəlyanı çəkməsi üçün uşağa uzadır. Azyaşlı da qəlyandan istifadə edir.
Hadisəni lentə alan vətəndaş qeyd edib ki, iki ata azyaşlı övladlarına qəlyan çəkdirir. Onun sözlərinə görə, həmin kişilər əvvəlcə daha kiçik uşaqlara qəlyan çəkdiriblər. O, heç kimin bu hərəkətinə görə onlara irad bildirməməsindən gileylənib.
Aysel,
BakuPost