Ru
11:30 / 15 İyul 2025

"Siz Azərbaycanla ehtiyatlı olmalısız..."- Tehrandan pakistanlı nazirə Bakıya qarşı şok çağırış

"Siz Azərbaycanla ehtiyatlı olmalısız..."- Tehrandan pakistanlı nazirə Bakıya qarşı şok çağırış
Eye

Sizin Azərbaycan Respublikası ilə yaxın münasibətləriniz var, ancaq ehtiyatlı olmalısınız, Azərbaycan islam dünyasının xeyrinə olmayan hərəkətlər edir.

Bakupost.az axar.az-a istinadla xəbər verir ki, bunu İran rəhbəri Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti Pakistanın İranda səfərdə olan daxili işlər naziri Seyyid Möhsün Nəqəvi ilə görüşündə deyib.

“Azərbaycan Əhməd əş-Şara və sionist rejimin nümayəndələrinin görüşünü təşkil edir, İsrailin fələstinlilərə qarşı cinayətləri ilə eyni vaxtda İsrailə neft göndərir”, - o, Azərbaycan Respublikası barədə ənənəvi iddialarını təkrar edib.

Vilayəti buna görə Pakistanı Azərbaycan Respublikasından hesabat istəməyə dəvət edib:

“Siz onlardan müsəlmanların və islam dünyasının mənafeyinə zidd olan hərəkətləri niyə etdikləri barədə soruşmalısız”.

Qeyd edək ki, uzun illər İran XİN rəhbəri olan Əli Əkbər Vilayəti Azərbaycana qarşı xüsusi mövqeyi ilə seçilib və İranda “qatı antitürk şəxs” hesab edilir. 90-cı illərdə Azərbaycan torpaqlarının işğal olunmasında və Ermənistanın iqtisadi-siyasi baxımdan ayaqda qalmasında xüsusi rol oynayan Vilayəti 2020-ci ildən sonra Qarabağın işğaldan azad edilməsinə görə Azərbaycanı təbrik etsə də, Zəngəzur dəhlizinin açılmasına qarşı ən kəskin çıxış edənlərdəndir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar