ADY-nin Bakı-Tiflis reysi üzrə bilet qiymətlərinin 81 manatdan başlaması narazılıq doğurub, bir müddət müzakirələrə yol açsa da, sonra vəziyyət sakitləşdi. Görünür, qurumun da gözlədiyi nəticə bu idi. Həmin anda yaranmış söz—söhbətlərə bir az su tökmək üçün “daha ucuz variantların düşünüləcəyinə” dair rəsmi açıqlama da gəldi. Elə mən də “üsyan”ımı yatırıb, mövcud qiymət mexanizmini qəbullanaraq, 1 ay sonrası üçün biletləri izləməyə başladım. Ancaq, nə hikmətdirsə hər açılan reysdə yalnız lüks sinfi qalmış olurdu. 81-110 AZN arası komfort sinfi olan 4 nəfərlik kupelərdə isə biletlər mövcud deyil. Bu, məndə bir az müəmma, şübhə yaratsa da, yenə izləmələrimə davam etdim. Ta ki bu günə - qarşıma Feysbukda çıxan Rəsul Mamedov adlı müəllifin statusunu oxuyana kimi.
Qısası, müəllif bildirir ki, satışın ilk günü komfort sinfi üçün bilet qiymətləri 104,26 manatdan başlasa da, həmin vaxt yalnız 231,29 manat təşkil edən lüks sinfində yerlər qalmışdı. Bu istiqamət üzrə aviareysin qiyməti isə təxminən 340 manat olub. Lüks sinifdə isə ayrıca kupe, televizor, şəxsi sanitar qovşağı, duş, yaxşı qidalanma və digər üstünlükləri də nəzərə aldıqda bu imkandan niyə də istifadə olunmasın?! Ancaq Tiflis vağzalı perronunda sərnişin gözləmədiyi vəziyyətlə üzləşib:


“Lüks sinifdə səyahət etməyimə baxmayaraq, 6 kq çəkisi olan kiçik çantama görə əlavə 50 manat ödəməliyəm. Məlum oldu ki, ADY qaydalarına əsasən yalnız bir çantanı pulsuz aparmaq olar, ikinci çanta üçün isə 50 manat ödənilməlidir. Yanımda duran bir gənc baqajsız səyahət etdiyini və çantamı öz adına rəsmiləşdirə biləcəyini söylədi. Lakin bələdçi xanım buna o qədər sərt reaksiya verdi ki, bütün izahlar və xahişlər nəticəsiz qaldı. İşləməyən internet, kupedəki istilik və işləməyən televizor barədə də çox şey danışa bilərəm. Amma bunun nə mənası var?”
Bir sözlə aviareys ilə 1 saata gəlinməli olduğu yola sərnişin 9 saat üçün yemək, baqaj xərcləri daxil olmaqla heç bir üstünlüksüz eyni məbləği ödəyir.
Yüklə bağlı radikal tələbi, absurd yanaşmanı bir kənara qoyub, gələk, qiymət oyunundakı müəmmaya və statusda da bəhs edilən lüks sinfi üçün ağız dolusu danışılan lüks şəraitin olmamasının təxmin etdiyim səbəblərinə... Niyə ancaq lüks yerlər mövcuddur və həmin lüks sinifdə televizor, şəxsi sanitar qovşağı, duş, yaxşı qidalanma və digər üstünlüklər ya yoxdur, ya da işlək deyil? ADY-nin “Tiflisə bu qatarla səyahət edəcəksiniz” deyərək, təqdim etdiyi fotolara diqqətlə baxın.
4 nəfərlik komfort sinfindəki yuxarı 2 çarpayını bağlayıb, onu rahatlıqla 2 nəfərlik “lüks” sinfinə çevirmək mümkündür. Amma komfortda duş-kabin, qidalanma nəzərdə tutulmadığı üçün “lüks” adı ilə komfort sinfinə yer alan sərnişin yalnız ADY-nin yeni qatarlarının “pulunu çıxarmağa” xidmət edir. Daha da aydın izah edim, “lüks” sinfinə bilet aldığını düşünən sərnişin əslində komforta alaraq büdcədə ikiqat uduzur.
Bu addıma isə ayrılan reys üzrə sərnişin planının dolmamasına görə "maliyyə itkisi"nin qarşısını almaq cəhdinin səbəb olduğunu düşünürəm.
Əgər belədirsə, qurum səriştəsiz idarəetməsi bir yana, dəmiryolunun açılmasını gözləyən azbüdcəli vətəndaşlara kələk gələrək, sərnişinlə “məzələnib” həm vaxtını, həm pulunu, həm də hüzurunu alır. Komfort sinfinə bilet satışının heç cür olmamasının başqa səbəbi varsa, buyurun, açıqlayın: Camaatın cibinə niyə girib, aşağı keyfiyyət, yüksək qiymət təklif edirsiniz?
Asena,
BakuPost
Allah lənət eləsin o quruma da,o zibil vaqonlara da. Camaatdan yediyiniz pullar sevdiklərinizin ölüsünə getsin İnşəAllah!
ADY-də marketing anlayışı olan yoxdur.Mən Bakı-Balakın qatarından istifadə edirəm.Dəmir yolu açılandan 5 dəfə.Bakıya gedib gəlmişəm.Hələ kupenin tam dolması halına rast gəlməmişəm.4,ya 5 dəfə kupedə tək olmuşam.Əgər marketing anlayışları olsaydı 34 manatlıq bileti 20÷25 manat etsəydilər,vaqon yarıboş getməzdi.Həm ADY əlavə gəlir götürərdi,həm də sərnişinlər təhlükəsiz,vaxt itirmədən mənzil başına çatardılar.
03 06 2026 Cİ İL TİFİLİS YEVLAX İSTİQAMETİNƏ MENDE 250 MANAT YAXIN PUL ALIBLAR ALLAH BUNLARIN KEFİN PULUNA KİSMET ELESİN
MENDEN 223 MANAT ALIBLAR ŞİKAYET ETMİŞEM AMA MEHEL QOYAN YOXDU ÖZDERİNİN XEYRİNƏ QERAR ÇIXARILAR SERNİŞİN GÜNHAKARDI ÖZDERİ İSE GÜNAHSIZ ALLAH BALALARIN ÖLDÜSÜN GÖRÜM
Lazım deyil heç kimə belə komfort, köhnə qatarları işə salın, qiymətləri də əlçatan edin, bu nə biabırçılıqdı. Qoyun camaat dədə-baba yurduna baş çəksin, qohumlarının qəbirlərini ziyarət etsin. Bir neçə nəfər qazanacaq deyə bu qədər əhalinin əsəbi ilə oynamayın, qurtarın bu işləri, sizdə heçmi vicdan yoxdur.
ASENA XANİM JURNALİSTSİNİZ BİR BİLET ALİB GEDİN GORUN DOGURDANDA YERLER HAMİSİ DOLUDUR Kİ QİYMET BU QEDER QALXİR. BİR ARASDİRMA EDİN BİZ DE DEYEK AFERİN