Ru
12:24 / 12 İyul 2025

Son altı ayda bu ölkədə 2 mindən çox UNO görünüb - ŞOK HESABAT

Son altı ayda bu ölkədə 2 mindən çox UNO görünüb -  ŞOK HESABAT
Eye

Son yarım il ərzində Amerika Birləşmiş Ştatlarının sakinləri iki min dəfədən çox uçan naməlum obyektlərlə (UNO) qarşılaşdıqlarını bildiriblər.

Bakupost.az xəbər verir ki, bu barədə ABŞ-nin UNO-lar üzrə Milli Məlumat Mərkəzinin məlumatlarında qeyd olunur.

Yanvar ayından iyula qədərki dövrdə amerikalılar ümumilikdə 2268 UNO ilə qarşılaşma halı barədə məlumat veriblər.

Əksər hallarda ay ərzində belə qarşılaşmaların sayı 350-ni keçməyib. Yeganə istisna yalnız yanvar ayı olub. Qışın ilk ayında amerikalılar 561 dəfə UNO gördüklərini bildiriblər.

Xatırladaq ki, ABŞ Konqresi apardığı araşdırmalar çərçivəsində Pentaqonun UNO-ların və yerdən kənar həyatın mövcudluğu ilə bağlı uzun illər ərzində yalan danışdığını müəyyən edib.

Lalə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar