Dövlət Gömrük Komitəsi Atçılıq Federasiyasının prezidenti Elçin Quliyevi cərimələyib.
Bakupost.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi (DGK) "Azərbaycan Respublikasının Atçılıq Federasiyası” İctimai Birliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 493-cü (gömrük bəyannaməsinin və müvafiq sənədlərin təqdim edilməsi müddətinin pozulması) maddəsi ilə protokol tərtib edib.
Belə ki, "Azərbaycan Respublikasının Atçılıq Federasiyası” İctimai Birliyi tərəfindən Türkiyə Respublikasından gətirilən "diri atlar” yükü 77JN741/10ZC374 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Tovuz Gömrük İdarəsinin "Qırmızı Körpü” gömrük postundan Azərbaycan Respublikasının gömrük ərazisinə keçirilib. Lakin həmin yükə dair sorğu nömrəli gömrük bəyannamələri gömrük orqanına təqdim edilməyib.
Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə əsasən, idxal olunan yüklərə dair gömrük bəyannaməsi 15 gündən gec olmayaraq gömrük orqanına təqdim edilməlidir. Nəticədə "Azərbaycan Respublikasının Atçılıq Federasiyası” İctimai Birliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədib.
İşə məhkəmədə baxılıb.
Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati icraat aparılan "Azərbaycan Respublikasının Atçılıq Federasiyası”nın rəhbərliyinə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, məhkəmə iclasında səlahiyyətli nümayəndələr iştirak etməyib, səbəb barədə məhkəməyə məlumat verilməyib.
Məhkəmənin qərarına əsasən, "Atçılıq Federasiyası” İctimai Birliyinin rəhbəri Elçin Quliyev İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 300 manat məbləğində inzibati cərimə tətbiq edilib.
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev 2009-cu ildən "Azərbaycan Respublikasının Atçılıq Federasiyası” İctimai Birliyinin prezidenti və qanuni təmsilçisidir.
deyecek soz tapa bilmedim
Vallah camaatı dolamısız.
Kasıb olsaydı məhkəmə 7 il vermişdi
Burda gülməli heçnə yoxdu cərimələnən böyük iş adamıdı ,cərimənin məbləğidə qanun pozuntusunun rüsumudur bu işlərdə damara baxıb qan alınmır savadınızı artırın.
Aydaa 300m nece ödeyecey kart atsın kömekliy edey????
Mende oxudum axra kimi bekar bekar 300 manat ne idie siqet Zaddı ele bil
Rusvetxorluq bas alib gedir her yerde
Nərimanov rayonu Heydər Əliyev prospekti 105 C mənzil 74 yaşamışam oradan əşyalarımı gizlədib qaytarmırlar kömək edin eşyalarımı qaytarsınlar orada herbiseyim vardı kömək edin
EŞYALARIMI QAYTARIN
300 manatı ödəmək var e
Sərhəddən-Dəmir Yumruğun diqqətindən, Dəmir Gümbəz və Sputnikimizin radarından digər ölkələrə yaxınlaşa bilməyən füzələr az qala sonsuz nar\paketləri kimi keçib Naxçivanın ardınca digər ərazilərimizə səpiləcək? Yaxşı ki, Birgə Sovet ölkəsi kimi Prezidentimizin rəcasınna Qonşu uyğun cavab verdi. Dövlət Sərhədd xidməti Komandirinə ATÇILIĞA görə 300 manat CƏRİMə yazmaqla xaricdən bu gün təsadüfən sərhəddimizi aşan aramsız paket və PUAları sabah fuzə, gələcəkdə ağır raket bombaları sərhədlərimizdə zərərsizləşdirilib, başlarımıza tökülmə ehtimalı qalmayıbmı ki? Yoxsa, DAYILarımıza haqqlarımızı artıqlaması ilə ödəmişik ki, Araz aşığımızdan, (sülhə gəlməyən-dəcəl) Kürlər elə gerçəkdə topuqdan-sakitcə ötüb-keçməli olsun?
Elçin Quliyev bəyannamə doldurmamalıdır. Bu mühasibin işidir .! Çox vaxt mühasiblər səfinə görə müdirlər ziyan çəkir
Ne gozeldi. Men suruculuk huququndan mehrum olundum. Her defe 400 manat cerime olunuram. Bu qeder hengameye 300 manat cerime
Ne yaman çox cerme yazilib heç altinan qlxa bilmez o cerimenin. Deyirem Vallah utanmirsizda.
Necə ödəyəcək 300 manatı?həqiqətəndə çətindi məmurlar üçün manatla ödəniş etmək. Onlarda dollar olur manat yox