Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Qərb dövlətlərinin Ukraynaya pul və silah göndərməklə ölkəsini strateji məğlubiyyətə uğratmaq cəhdinin baş tutmadığını bildirib.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Sergey Şoyqu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şurası katiblərinin Qazaxıstanın Almatı şəhərində keçirilən iclasında çıxışı zamanı bir çox mesajlar verib.
Qərbin Ukraynaya pul və silah göndərməyə davam etdiyinə diqqət çəkən Şoyqu, Qərb hərbi təlimatçılarının da Ukrayna əsgərlərinə sıx təlim keçdiyini deyib.
“Qərb dövlətlərinin səyləri ilə beynəlxalq terror təşkilatlarının muzdluları və yaraqlıları Ukraynaya göndərilir. Onların razılığı və çox vaxt birbaşa iştirakı ilə Rusiyanın bölgələrində mülki əhaliyə və mülki infrastruktura qarşı sistemli bombardmanlar həyata keçirilir. Burda məqsəd Ukraynadan Rusiyaya qarşı silah kimi istifadə etməkdir. Artıq Qərbin Rusiyanı strateji cəhətdən məğlub etmək cəhdinin uğursuzluğa düçar olduğu tamamilə aydındır”-deyə Şoyqu bildirib.
Vasif
BakuPost