“Tarixin bir günü” verilişinin aparıcısı Tarix Əliyev (Tolik) canlı yayımda səsləndirdiyi fikirlərlə gündəmə gəlib.
Bakupost.az ajans.az-a xəbər verir ki, Space kanalında yayımlanan veriliş zamanı Tolik studiyadakı işıqlandırmanın zəif olmasından narazı qalıb və bu səbəblə texniki heyətə qarşı açıq etirazını bildirib.
Canlı yayımda əsəbiləşən aparıcı kanal rəhbərliyinə və əməkdaşlara müraciətlə belə deyib:
“Mən Tarix Əliyev Space kanalının rəsmi işçisiyəm. Mənim verilişim bu kanalda bir lokomativdir. Kimsə burada məndən artıq ola bilməz. Bu, mənim mövqeyimdir. Mən Vado müəllim (Red – Space kanalının rəhbəri) başda olmaqla, Nəriman müəllimin verdiyi tapşırıqları icra edirəm. Heç kimin xüsusi malı deyil ki, işıqları yığışdırıb aparsınlar…”
Aparıcı həmçinin verilişin səs rejissoru və digər texniki işçilərə də açıq şəkildə iradlarını çatdırıb:
“Mənim səsimi istədiyiniz kimi kəsə bilməzsiniz. Sən də o birisilər kimi mənimlə prinsip aparırsan bu kanalda? Burada bəziləri monopoliya etmək istəyir. Mənə güclərini göstərmək istəyirlər. Alınmır… Mən onlara heç vaxt tabe olmayacam. Mən iki insana tabeyəm: Vado və Nəriman müəllimə. Mən bura gələndə Tolik idim. Sonradan gəlib Tolik olmamışam, bunu unutmayın… Yeganə burdadır ki, monopoliya var. Amma mənə baxa bilməzsiniz, bunu biləsiniz”.
Verilişdə səslənən bu fikirlər sosial mediada geniş müzakirələrə səbəb olub.