Ru
14:20 / 01 İyul 2025

"Sputnik Azərbaycan"la bağlı saxlanılanların sayı ARTDI - RƏSMİ

"Sputnik Azərbaycan"la bağlı saxlanılanların sayı ARTDI - RƏSMİ
Eye

“Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında (“Sputnik Azərbaycan”) Daxili İşlər Nazirliyinin ( DİN) keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə 7 nəfər saxlanılıb.

Bakupost.az APA-ya istinadla xəbər verir ki, Cinayət Məcəlləsinin dələduzluq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri cinayət işi başlanaraq 2 nəfər həbs edilib, digər 5 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, dünən DİN “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında əməliyyat keçirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar