Ru
10:56 / 07 İyul 2025

Sumqayıt-Bakı qatarı yolda qaldı

Sumqayıt-Bakı qatarı yolda qaldı
Eye

Bu gün Sumqayıtdan Bakıya hərəkət edən qatarda problem yaranıb.

Bakupost.az bildirir ki, bu barədə “Qafqazinfo”ya sərnişinlər məlumat veriblər. Onların sözlərinə görə, qatar təxminən 40 dəqiqəyə yaxın yolda qalıb.

ADY-nin Mətbuat xidmətindən bildirilib ki, qatarın hərəkəti üçün tədbirlər görülüb: “Bu gün saat 09:18-də Sumqayıt-Xırdalan-Bakı istiqaməti üzrə sərnişin qatarı hərəkətdə olarkən Xırdalan-Biləcəri sahəsində təmas xətti qırılıb.

Qatarın hərəkəti üçün müvafiq tədbirlər görülüb, həmin sahəyə teplovoz göndərilib. Hadisənin səbəbi araşdırılır”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar