Ru
21:53 / 04 İyun 2024

Sumqayıtda Qərbi Azərbaycan İcmasının tədbiri keçirildi - FOTO

1466
İyunun 3-də Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhər Qadınlar Şurasının təşkilatçılığı, Sumqayıt şəhər İcra Hakimiyyəti, Abşeron-Xızı Regional Təhsil İdarəsi və Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhər Təşkilatının dəstəyi ilə "Dönəcəyəm O Yurda!"-adlı bədii tədbir keçirilib.


Bakupost.az xəbər verir ki, Sumqayıt şəhər Dram Teatrında baş tutan tədbiri Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhər Qadınlar Şurasının sədri İlhamə Abdullayeva açaraq şəhər ictimaiyyətini, millət vəkillərini və təşkilatın üzvlərini salamlayıb.

O, Qadınlar Şurasının üzvlərinin, eləcə də, Qərbi Azərbaycandan olan bütün ziyalı qadınların qarşılarında duran tapşırıqlara böyük məsuliyyətlə yanaşdıqlarını bildirib.

Qeyd edib ki, xalqımız Vətən Müharibəsində olduğu kimi, Qərbi Azərbaycana qayıdış yolunda da Azərbaycan Prezidenti cənab İlham Əliyevin yanında olmağa və dövlət başçısının verdiyi tapşırıqları layiqincə yerinə yetirməyə hazırdır.

Daha sonra Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanov çıxış edib. O, icmanın uğurlu fəaliyyəti və bu istiqamətdə aparılan işlər barədə üzvləri məlumatlandırıb.

Ulu Öndər Heydər Əliyevin memarı olduğu müasir Azərbaycan Respublikasının uğurlu və ardıcıl addımlarından, Prezident İlham Əliyevin əvəzolunmaz siyasəti nəticəsində ölkəmizin gündən-günə daha da güclənməsindən söz açıb.

Sumqayıt şəhər İcra Hakimiyyətinin birinci müavini Teymur Səmədov da İcmanın Sumqayıt şəhər təşkilatının uğurlu fəaliyyətindən danışıb.

Qeyd edib ki, təşkilat fəaliyyətə başladığı dövrdən bir çox önəmli tədbir və layihələr həyata keçirib. Bu tədbirlərin hər biri şəhər ictimaiyyətinin diqqət və marağına səbəb olub.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər