“Mədəni İnkişaf və Dialoq” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə yardımı ilə həyata keçirdiyi “Süni intellekt mədəniyyətinin öyrənilməsi” layihə çərçivəsində sonuncu tədbirini keçirib.
Oktyabrın 15-də keçirilən tədbirdə Nəsimi rayonunda yerləşən kolleclərin müəllim və tələbələri, eləcə də partiya gəncləri iştirak ediblər.
Tədbirdə ilk olaraq dövlən himni səslənib, Vətən torpaqları uğrunda gedən döyuşlərdə həlak olmuş bütün şəhidlər ehtiramla yad ediliblər.
Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının məsul nümayəndəsi Aytac Məhərrəmova bildirib ki, tədbirin keçirilməsində məqsəd süni intellektin meydana çıxması, insana xas intellektual funksiyalara (öyrənmək, məsələləri həll etmək, təbii dili başa düşmək və s.) malik texnoloji sistemin mədəniyyəti haqda bilgi verməkdir.
Sonra söz tədbirin aparıcısı professor Rəna Mirzəzadəyə verilib. O, “Süni intellekt mədəniyyətinin öyrənilməsi” mövzusunda geniş çıxış edib, iştirakçıların çoxsaylı suallarını cavablandırıb.
Yekunda A.Məhərrəmova rəhbərlik adından, maraqlı aktual mövzuda tədbir üçün Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə, ictimai təşkilatatın nümayəndələrinə öz təşəkkürünü bildirib. Rəna xanım Mirzəzadə yaradılmış şərait üçün YAP Nizami rayon Təşkilatının rəhbərliyinə tədbirin keçirilməsinə şərait yaratdıqları üçün təşəkkür edib.