Ru
14:38 / 06 May 2024

Qubadlıda və Suqovuşanda insan sümükləri aşkarlandı - Yenilənib

1133
Ağdərə rayonunun Suqovuşan qəsəbəsi ərazisində sümük fraqmentləri aşkar edilib.

Bu barədə Bakupost.az -a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, mayın 5-də işğaldan azad olunmuş Ağdərə rayonunun Suqovuşan qəsəbəsi ərazisində yeni binaların tikintisi ilə əlaqədar qazma işləri aparılan zaman insana məxsus olması ehtimal edilən sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.


***
14:38

Qubadlı rayonu ərazisində sümük fraqmenti aşkar edilib.

Bakupost.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.


Qeyd olunub ki, mayın 5-də işğaldan azad olunmuş Qubadlı rayonunun Xanlıq kəndi ərazisində mina təmizləmə işləri aparılan zaman insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyünün aşkar edilməsi faktı üzrə Qubadlı rayon prokurorluğunda araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər