Ru
17:13 / 02 May 2025

Sürücünün cəsədi 3 aydan sonra tapıldı

Sürücünün cəsədi 3 aydan sonra tapıldı
Eye

Yaponiyada nəhəng çuxura düşən sürücünün meyiti 3 ay sonra tapılıb.

Bakupost.az NTV-yə istinadən xəbər verir ki, yük maşını ilə hərəkətdə olarkən yolda nəhəng çuxura düşən 74 yaşlı sürücünün meyiti tapılıb. Polislər həlak olan sürücünün şəxsiyyətini müəyyənləşdirmək üçün işə başlanıldığını bildirib.

Qeyd olunur ki, yanvarın 28-də Yaponiyanın Yaşio şəhərində yol çöküb. Nəticədə diametri 5, dərinliyi 10 metr olan nəhəng çuxur yaranıb. Hərəkətdə olan yük maşını həmin çuxura düşüb. Müəyyən edilib ki, yük maşınının kabinəsi çuxurun mərkəzindən 30 metr kənara sürüklənib və sürücünü tapmaq mümkün olmayıb.

Amin,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar