Ru
21:18 / 14 May 2024

Şuşada mərkəzi küçəyə Ramiz Qəmbərovun adı verilib - FOTO

13982
Şuşada mərkəzi küçələrdən birinə Milli Qəhrəman Ramiz Qəmbərovun adı verilib.

Bakupost. az “Qafqazinfo”ya istinadla xəbər verir ki, uzun müddətdən sonra Şuşaya qayıdan ilk sakinlərin yaşadığı evlər məhz bu küçədə yerləşir.

Qeyd edək ki, Ramiz Qəmbərov 2 iyul 1962-ci ildə Şuşa şəhərində anadan olub. R.Qəmbərov 1992-ci ildə könüllü özünümüdafiə batalyonu yaradıb və bu batalyonun başçısı olub. Onun taboru Şuşa şəhərinin, Kərkicahan, Kosalar, Nəbilər, Qaybalı, Malıbəyli, Quşçular, Göytala kəndlərinin müdafiəsində mərdliklə vuruşub.

29 aprel 1992-ci ildə erməni işğalçıları Kosalar və Kərkicahan kəndləri yaxınlığındakı postlara hücum edən zaman Ramiz Qəmbərovun taboru döyüşə atılıb və bu döyüşdə cəsur komandir ağır yaralanıb. Bir gün sonra isə şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə Qəmbərov Ramiz Bulud oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. O, Şuşada dəfn edilib.



Şərhlər
  • М.Маил

    Allah rəhmət eləsin !

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər