Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədovun cənazəsi Novxanıdakı evindən götürüləcək.
Bakupost.az xəbər verir ki, bu barədə Musavat.com-a onun xanımı Salatın Əhmədova deyib. O bildirib ki, hazırda həyat yoldaşının meyiti Əjdərbəy məscidinə gətirilib, orada yuyulduqdan sonra yenidən Novxanıya aparılacaq.
T.Əhmədovun dəfn yeri hələ müəyyənləşdirilməyib.
Qeyd edək ki, Əhmədov Tağı Məhəmməd oğlu 1 fevral 1949-cu ildə Naxçıvanın Şahbuz rayonunda anadan olub. O, 1998–2014-cü illərdə “Bakı Metropoliteni” QSC-yə rəhbərlik edib. T.Əhmədov eyni zamanda, 2022-ci ilədək Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri idi.