Ru
16:47 / 10 Yanvar 2026

Tanınmış aktyor həbs olundu – “El Turko”nun baş qəhrəmanına narkotik ittihamı

Tanınmış aktyor həbs olundu – “El Turko”nun baş qəhrəmanına narkotik ittihamı
Eye

Türkiyəli tanınmış aktyor Can Yamanın İstanbulda narkotik maddə ilə saxlanıldığı bildirilir.

Bakkupost.az yerli mediaya istinadən xəbər verir ki, aktyoru beş ilədək həbs cəzası gözləyə bilər.



Belə ki, Can Yaman İstanbul gecə klublarında keçirilən polis reydi zamanı saxlanılıb. Hüquq-mühafizə orqanlarının diqqətini 36 yaşlı aktyorun üzərindən çıxan qırmızı rəngli həblər cəlb edib. Aparılan ekspertiza tapılan maddələrin narkotik olduğunu təsdiqlənsə də, onların növü açıqlanmayıb.

Hazırda Can Yaman istintaq təcridxanasına saxlanılır. Bildirilir ki, yalnız narkotik saxlama maddəsi üzrə ittiham irəli sürülərsə aktyoru beş ilədək həbs cəzası ala bilər. Maddələrin daşınması ittihamı irəli sürüləcəyi təqdirdə isə cəzanın daha ağır olacağı qeyd olunur.

İstanbulda doğulmuş aktyor və model Can Yaman “El Turko”, “Erkənci Kuş”, “Bay yanlış” və digər seriallardakı rolları ilə tanınıb.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar