“Müəllimi olduğum Füzuli rayon Qayıdış qəsəbəsi 7 saylı tam orta məktəbdə aprel ayından işıq yanmır. Transformator yanıb. Təqdimat yazmadığımız qurum qalmayıb. Dərsliklər çatışmır, məktəb qəzalı vəziyyətdədir. Nazirlik üzərinə düşən işlərin birini də yerinə yetirmir”.
Bakupost.az Yenisabah.az-a istinadla xəbər verir ki, bu sözləri tanınmış müəllim, şair Mirmehdi İbişov sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Füzuli rayon Qayıdış qəsəbəsi 7 saylı tam orta məktəbində dərs deyən Mirmehdi bəy giley-güzarına belə davam edib:
“Bir dəfə də olsun əlinə jurnal alıb sinifə girməyənlər təhsildən danışır. Nazirimiz problemlərdən elə danışır, elə bil, heç bu məsələlərə dəxli yoxdur. Hamı bir-birini aldadır. İki övladım bu məktəbdə təhsil alır. Havalar soyuyur. İstilik sistemimiz elektriklədir. Uşaqlarımı hava soyuyan kimi məktəbə qoymayacağam. Dərslik yoxdur, PDF göndərirlər ki, çıxarın və bununla keçinin.
Cənab Eşqi Bağırov, siz bilərsiniz, odun peçinə USB qoşsaq, printer işləyər? O boyda nazirlikdən bir nəfər çap olunmuş dərsliklərə baxmır. Dərsliklərdə elə səhvlər var ki, adam xəcalət çəkir. Baş qarışıb qrant müsabiqələrinə – “molla aşı görüb, Quran yaddan çıxıb”.
Adamın brifinqdə danışdıqları birbaşa məhkəmə predmetidir. Yazmaq məcburiyyətindəyəm, sonu mənim üçün yaxşı olmasa da”.
Vətəndaşlar əlbir olsa, basılmaz-tükənməz Vətən! Qeyd edilən ÖN Aparıcılar necə işləyirlər, hesabat versinlər. Hay Bələdiyyə və İcra Başı kənddə işıq-qaz yoxsa əhalisi necə yaşayır? Əgər varsa, həmin məktəbi Nazirin özəl mülkü deyil, məktəblilər də onun deyil, Sizin övladlarınızdır?! 20 aprel 1920ci ilə Azərbaycanda neçə məktəb və neçə faiz hərfləri tanıyıb-oxuyan və yaza bilən vardı? Özəllyə qayıdan kimi büdcə hesabına, tam təmənnasız ümum-icbari tam orta təhsil nədən geriyə 9 ilə getdi? Savad lazım deyilmiş? Eləcə, ümumxalq+dövlət büdcəsinə təmənnasız tibbi-səhiyyə xidməti yenidən işləyən əhalinin vergisinə və dünyəvi təmaslı özəl tibbi xidmətin biznesinə qaytarıldı? Deməli, MM dövləti əski tam orta məktəb baxçaları, tam orta məktəbləri, kapital xəstəxanaları, sanatoriya və kurortları ilə tam orta təhsil və tibbi-səhiyyə məsuliyyətindən azad etdi?