Ru
11:30 / 30 Sentyabr 2022

TƏBİB Rəhim Rəhimlinin ölüm səbəbini açıqladı

7450
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bəstəkar-müğənni Rəhimli Rəhimlinin ölüm səbəbini açıqlayıb.


Qurumun İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova Bakupost.az -a bildirib ki, R.Rəhimlinin halının qəflətən pisləşməsi səbəbindən sentyabrın 30-da saat 01:30 radələrində Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çarığış daxil olub.


Onun sözlərinə görə, həkim briqadası tərəfindən ifaçıya zəruri tibbi yardımlar göstərilsə də, R.Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından vəfat edib.


Z.Ədilova qeyd edib ki, ifaçının yanaşı ağır xəstəlikləri - qaraciyər sirrozu və kardiomiopatiyası da olub.


Allah rəhmət eləsin!



Həmçinin oxuyun:




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər