Azərbaycanda 2027-ci ildə əmək pensiyalarının 7,5 faiz artırılacağı proqnozlaşdırılır. Gələn ildən pensiyaların indeksləşdirilməsi qaydasında da dəyişiklik nəzərdə tutulur.
"Bakupost" xəbər verir ki, Komitə sədri Azər Badamov Modern.az-a açıqlamasında 7,5 faizin ilkin proqnoz olduğunu bildirib.
Yekun indeksləşdirmə əmsalı orta aylıq nominal əməkhaqqının artımına dair rəsmi göstərici əsasında müəyyənləşdiriləcək.
Badamov xatırladıb ki, 2026-cı ildə əmək pensiyaları 9,3 faiz artırılıb. Gələn il üçün proqnozlaşdırılan artım tempi bu göstəricidən 1,8 faiz bəndi aşağıdır.
Komitə sədrinin sözlərinə görə, nəzərdə tutulan yeni qaydaya əsasən, orta aylıq əməkhaqqından aşağı olan pensiyalara indeksləşdirmə əmsalı tam tətbiq ediləcək. Pensiyası orta aylıq əməkhaqqından yüksək olan şəxslərdə isə həmin həddi aşan hissəyə fərqli əmsalların tətbiqi nəzərdə tutulur. Badamov bildirib ki, bu yanaşma daha aşağı pensiya alan vətəndaşların sosial müdafiəsini gücləndirmək məqsədi daşıyır.
7,5 faizlik artım pensiyalara necə təsir edə bilər?
Əmsal pensiyanın bütün məbləğinə tətbiq edilərsə, 500 manatlıq pensiya 37 manat 50 qəpik artaraq 537 manat 50 qəpiyə, 600 manatlıq pensiya isə 45 manat artaraq 645 manata çata bilər.
Hörmətli Komitə Sədri və məsul-maraqlı digər Şəxslərə yaşla əlaqədar-qocalığa görə Əməkli pensiyası-təqaüd təzminatını hər Əməkli üçün eyni-onun tam-bütöv toplanmış əmək günləri-stajı üzrə (heç bir əlavə və düzəlişsiz) indeksləşdirmənin daha ədalətli-bərabər (adekvat) paylaşma-bölüşmə üsulu ilə hesablanmasını təklif edirəm. Günlərin sayını (3168 rəqəminə yox) aylara da çevirib, əvvəlki tək 144 ay sayına da bölmək və fərdi əmsalı Əməkli-pensiyasiyasının minimal həddinə hasili ilə müəyyən etmək daha asan olmaqla hər əməkli-pensioner üçün də geniş razılıqlı və tam aşkar-aydın olar?