Hansı bank etibarlıdır? - SORĞU
Ru
16:15 / 15 May 2024

"Təkliflər ərazi bütövlüyümüzə qarşı idi" - Açıqlama

2427
“ATƏT-in Minsk qrupu Azərbaycanla Ermənistan arasında otuz ilə yaxın vasitəsitəçilik etdi. Burda əsas məqsəd Qarabağı Azərbaycandan alıb Ermənistana vermək idi. Aparılan danışıqlar zamanı irəli sürülən təkliflər də Azərbaycanın suverenliyini təhdid edirdi və ərazi bütövlüyümüzə qarşı idi”.

Bunu Bakupost.az -a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O, ATƏT-in Minsk qrupunun otuz il ərzində Azərbaycan və Ermənistan münasibətlərin normallaşdırılmasında heç bir fəaliyyətinin olmadığını bildirib:

“Azərbaycan da haqlı olaraq ATƏT-in Minsk qrupunun fəaliyyətindən həmişə narazı olub. Faktiki Azərbaycan ikinci Qarabağ müharibəsindən sonra öz ərazi bütövlüyünü bərpa etdi. Hesab edirəm ki, Minsk qrupu artıq qüvvədən düşüb, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və ikitərəfli danışıqlar gedir.

Bu illər ərzində öz silahlı qüvvələrini gücləndirmək və əlverişli geosiyasi vəziyyət yaratmaq və işğalçıları öz ərazilərindən qovmaq üçün Azərbaycana vaxt lazım idi və buna da nail olurdu.

Biz bilirdik ki, Minsk qrupu və beynəlxalq formatlar münaqişəni həll etmir. Həm də artıq həmsədr ölkələr - Fransa və ABŞ Rusiya ilə düşməndirlər. Ən əsası ikitərəfli danışıqlar gedir. Fransa, ABŞ, Rusiya kimi ölkələr bir-birinə düşməndirlər. Bu baxımdan Minsk qrupunun fəaliyyəti bitib”.

Qeyd edək ki, ATƏT-in Minsk qrupu hələ də mandatını əldən vermək istəmir. Lakin Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri İan Borqu qəbul edərkən, Minsk qrupunun və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin zəruri olduğunu bir daha İan Borqa xatırladıb.

Vasif Əlihüseyn,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar