Ru
01:12 / 14 İyun 2025

Tel-Əviv və Qüdsdə PARTLAYIŞLAR - 41 nəfər yaralandı

Tel-Əviv və Qüdsdə PARTLAYIŞLAR - 41 nəfər yaralandı
Eye

İranın əks hücumundan sonra İsraildə yaralıların sayı 41-ə çatıb.

Bakupost.Az xəbər verir ki, bu barədə "Ynet" məlumat yayıb.

Məlumata görə, yaralılardan ikisinin vəziyyəti ağırdır.

Tehran İsrailin hərbi sənaye obyektlərinə və raket istehsalı mərkəzinə də zərbələr endirib.

"Tasnim"in verdiyi məlumata görə, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib.

"Əməliyyat zamanı İran Aerokosmik Qüvvələrinin pilotsuz təyyarələri və raketlərindən istifadə edilib. Zərbələr raket və digər hərbi texnika istehsal edən hərbi sənaye mərkəzlərinə endirilib".

SEPAH həmçinin qeyd edir ki, İsrail hərbi bazalarına da zərbələr endirib.

Öz növbəsində, IRNA xəbər verir ki, İran İsrailə zərbə endirərkən ilk dəfə döyüş şəraitində sualtı qayıqlardan buraxılan ballistik raketlərdən istifadə edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar