Ru
22:05 / 25 Noyabr 2026

Tələbələr Abbaszadəyə müraciət etdi: Bizi geri qaytarın!

Tələbələr Abbaszadəyə müraciət etdi: Bizi geri qaytarın!
Eye

BDU-nun C korpusunda təhsil alan tələbələr yeni rektor Məleykə Abbaszadəyə müraciət ediblər.


"Bakupost" xəbər verir ki, onlar tədris şəraitinin yaxşılaşdırılmasını xahiş ediblər.

Onlar iddia ediblər ki, korpusun yerləşdiyi ərazidə magistral yolun səsi, eləcə də yaxınlıqdakı qəssabxana və avtomobil yuma məntəqəsindən gələn səslər dərs prosesinə mane olur və onların diqqətini yayındırır.

Qeyd edək ki, bağlanan Asiya Universitetinin binası Bakı Dövlət Universitetinə verilib. Əbdülvahab Salamzadə küçəsində yerləşən və BDU-nun C korpusu adlanan bina BDU-nun Zahid Xəlilov küçəsindəki kampusundan kənardadır.

Ekologiya və torpaqşünaslıq fakültəsi və Coğrafiya fakültəsi 2026-cı ilin yayında qəbul edilən qərara əsasən yeni tədris ilindən fəaliyyətlərini C korpusunda davam etdirmək üçün köçürülüblər.

Xatırladaq ki, BDU-ya yeni bina ehtiyaca görə verilib və tələbə sıxlığını aradan qaldırmaq üçün C korpusunda hansısa fakültələrin yerləşməsi qaçılmazdır.


Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar